2016-05-15
Azərbaycanın Qazaxıstandakı səfiri Qazaxıstanın müxtəlif vilayətlərinin azərbaycanlı icma rəhbərləri və üzvlərinin görüşü keçirilib

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovla Qazaxıstanın müxtəlif vilayətlərinin azərbaycanlı icma rəhbərləri və üzvlərinin görüşü keçirilib. Qazaxıstan Xalq Assambleyasının üzvləri ilə ilk dəfə keçirilən görüşdə diplomat Azərbaycancanda və dünyada baş verən proseslər barədə ətraflı danışaraq qarşıda duran vəzifələrdən danışıb, ümummilli problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə fikirlərini bölüşüb. Diplomat Azərbaycan dövlətinin formalaşdırılmış icma siyasəti barədə geniş danışıb, lkəmizdə keçirilən və böyük nüfuza malik forumlar, beynəlxalq əhəmiyyətli tədbirlər barədə də görüş iştirakçılarına məlmat verilib.
Səfir vurğulayıb ki, hazırda dünyada baş verən proseslər, ölkəmizin yerləşdiyi regionun özünəməxsusluğu, dünyadakı yeni çağırışlar və dövlət başçısı İlham Əliyevin tolerantlıq ənənələrinin dünyaya tanıdılmasına yönəlik xarici siyasəti ölkəmiz tərəfindən diasporla aparılan işlərə daha həssaslıqla yanaşılmasını şərtləndirir və ayrıseçkiliyə yol verilmədən onların bir azərbaycançılıq ideyaları altında birləşməsi naminə səylərin daha da güclənməsini tələb edir.
Dünya Azərbaycanlılarının 4-cü qurultayı ərəfəsində bu görüşün vacibliyini qeyd edən səfir bildirib ki, ən çox soydaşımızın məskunlaşdığı ölkələrdən olan Qazaxıstanın müxtəlif vilayətlərində olan çoxsaylı diaspor təşkilatlarının daha mütəşəkkil şəkildə fəaliyyət göstərməsinə ciddi ehtiyac var. İcmanın vahid ideya ətrafında birləşməsi məqsədilə bu sahədə ciddi islahatlara başlanılmalı, nüfuzlu icma üzvləri arasında əsassız ayrı-seçkiliyə yol verililməməlidir. Rəşad Məmmədov xüsus ilə qeyd edib ki, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada formalaşan müsbət imici və xalqımıza qarşı gündən-günə artan rəğbət Qazaxıstanda da açıq aydın müşahidə edilməkdədir.
Artıq Qazaxıstanda yaşayan soydaşlarımız Qazaxıstan ictimaiyyətinin Azərbaycan dövlətinə və bu ölkədəki soydaşlarımıza qarşı münasibətinin kəskin şəkildə müsbətə doğru dəyişilməsini hiss edirlər ki, bu da onların azərbaycanlı olmaları ilə fəxr etmələrinə, dövlətimizə bağlılığının daha da güclənməsinə və eyni zamanda da qazaxlarla daha yaxın əlaqələrin qrurulmasına imkan yaradır. Səfir bir daha bildirib ki, müasir dövrün yeni çağırışlarını nəzərə alaraq, icma strukturlarının yenidən formalaşmasına mühüm əhəmiyyət verilməlidir.
Çıxış edən icma rəhbərləri diasporun fəaliyyətinin gücləndirilməsi istiqamətində təkliflərini verib, azərbaycançılıq ideyası ətrafında sıx birləşərək faəliyyətlərinin birgə koordinasiyasının vacibliyini qeyd ediblər. Görüşün yekununda çıxış edən səfir Rəşad Məmmədov Azərbaycan dövləti üçün vacib və konkret məsələlərin həlli zamanı icma ilə səfirliyin fəaliyyətinin birgə koordinasıyası ilə bağlı məqamlara diqqət yetirib. Görüşdə bir daha vurğulanıb ki, Azərbaycan diasporu milli maraqlar çərçivəsində fəaliyyətlərini daha keyfiyyətli şəkildə bundan sonra da davam etdirməlidirlər

 

növbəti xəbər əvvəlki xəbər

.