2016-02-26
ALMATI ŞƏHƏRİNDƏ XOCALI FACİƏSİ ANILIB

Qazaxıstanın Almatı şəhərində “Ozan” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı qurbanlarının anım tədbiri keçirilib.Tədbirdə faciənin dəhşətlərini özündə əks etdirən fotoşəkillər nümayiş olunub, sərgi təşkil olunub. Almatıda fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim və tələbələri, yerli qurumlar, kiv və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan səfirliyin Almatıdakı nümayəndəsi Nizami Rüstəmov 26 fevral 1992-ci il tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən soyqırım haqqında, ermənilərin xalqımıza qarşı apardığı təcavüzlə bağlı iştirkaçılara geniş məlumat verərək bildirib ki, erməni birləşmələri 8 ailəni tamamilə məhv edib, faciə zamanı 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. “Ozan” Cəmiyyətinin sədri Qərib Məmmədov Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşdü. Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapdığı vurğulanan tədbirdə qeyd edilib ki, xocalıların yeganə arzusunun öz yurdlarına qayıtmaq, Azərbaycanın ərazi bütövlüyünün bərpası, erməni təcavüzünün dayandırılmasıdır.

növbəti xəbər əvvəlki xəbər

.