2016-02-22
TÜRK AKADEMİYASININ PREZİDENTİ DƏRXAN XIDIRALI AZƏRBAYCAN RESPUBLİKASININ QAZAXISTAN RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ RƏŞAD MƏMMƏDOVA TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRİB

“Hər şeydən əvvəl icazə verin öz adımdan və kollektivimiz adından məhsuldar əməkdaşlığa görə sizə səmimi təşəkkürümü bildirim.

22 fevralda Türk Akademiyasının kitabxanasında Azərbaycan müstəqilliyinin 25 illiyi və Xocalı faciəsi ilə bağlı keçirilən tədbir nəinki Azərbaycanın, eləcə də Türk Şurasının bütün üzv dövlətləri üçün vacibdir. Əminəm ki, belə tədbirlər türkdilli dövlətlər arasında həmrəyliyi və birlik ruhunu möhkəmləndirir.

Ümid edirik ki, Xocalıda baş vermiş faciə bir daha  türk dünyasında təkrarlanmayacaq.

Bununla əlaqədar olaraq Türk Akademiyası elm xadimlərinin və akkreditə olunmuş  8 diplomatik missiyanın nümayəndəsinin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirin yaxşı təşkili üçün sizə təşəkkür edir.

Fürsətdən istifadə edib  gələcək əməkdaşlıq üçün hazır olduğumu bir daha bildirmək istəyirəm və Sizə Azərbaycanın rifahı naminə uğurlu fəaliyyət arzu edirəm”.

Hörmətlə: Dərxan Xıdıralı, Türk Akademiyasının prezidenti 

növbəti xəbər əvvəlki xəbər

.