2016-02-23
ASTANADA XOCALI SOYQIRIMI İLƏ BAĞLI SAYTIN TƏQDİMATI KEÇİRİLİB

Qazaxıstanın paytaxtı Astanada Xocalı soyqırımından bəhs edən və bu müdhiş gecənin bütün dünyada yayılmasını təmin edən www.xocali.kz saytının təqdimatı keçirildi. Qazaxıstanın informasiya məkanında informasiya yükü ilə zəngin olan saytdakı bölmələr haqqında diplomatlara, hərbi atteşelər və beynəlxalq təşkilatların nümayəndələrinə, elm və mədəniyyət xadimlərinə, diaspor fəalları və jurnalistlərə geniş məlumat verildi. Vurğulandı ki, saytın ən üstün cəhətlərindən biri də burada Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi barədə sənəd və faktları özündə ehtiva edən məlumatların öz əksini tapmasıdır. Saytda Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada yayılması üçün forumlar, “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzatoplama, təhlili məqalələr və yeniliklər yer alıb. Qeyd edək ki, təqdimatda Macarıstan və Türkiyənin səfiri, eləcə də Səudiyyə Ərəbistanı, İran, Ərəb Əmirlikləri İsrail, Litva, Latviya və Ukraynanın yüksək səviyyəli diplomatları, İran, ABŞ, Rumıniya, Türkiyə, Yaponiya, Polşa və Çinin hərbi atteşeləri iştirak ediblər.

 

növbəti xəbər əvvəlki xəbər

.