2016-02-23
Qazaxıstanın tanınmış elm xadimi, fəlsəfə elmləri doktoru, professor, keçmiş senator Qarifolla Esim: “Bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirənlər insanlıq hissini itiriblər”

Qazaxıstanın tanınmış elm xadimi, fəlsəfə elmləri doktoru, professor, keçmiş senator Qarifolla Esim Xocalıda baş verənləri bəşəriyyətə qarşı cinayət adlandırıb. O, faciə günahkarlarının, təşkilatçılarının və icraçılarının layiqli cəzalarını alacaqlarını vurğuladı, şəhidlərin qanının yerdə qalmayacağını, onların əziz xatirəsinin həmişə yad ediləcəyini bildirdi. Qazaxıstanın paytaxtı Astanada Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimində çıxış edən alim ermənilərin bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirməsini, meyitlərin üzərində xüsusi vəhşiliklər törətməsini ürək ağrısı ilə qeyd etdi. Qeyd edək ki, tədbirdə Astanada fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, hərbi atteşelər “Xocalıya ədalət” adlı filmin nümayişindən sonra XX əsrin ən qanlı cinayətinin unudulmayacağını dönə-dönə vurğulayıblar. 

növbəti xəbər əvvəlki xəbər

.