2016-02-01
Akademiya prezidenti yeni səfirimizlə görüşdü

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Xıdıralı Astanada Azərbaycan Respublikasının Qazaxıstan Respublikasına yenicə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.


AzNews.az xəbər verir ki, akademiyanın rəhbəri diplomata yeni təyinatı ilə bağlı bu şərəfli və çətin işində uğurlar diləyib. 

Tərəflər Azərbaycan və Qazaxıstan arasındakı ikitərfli münasibətləri müzakirə ediblər. Eyni zamanda qardaş ölkələrin Türk dünyasına doğu intiqrasiyasındakı əməmiyyətli məqamlardan və verə biləcəkləri tövhələrdən danışılıb. 

Bundan əlavə, Darxan Xıdıralı Azərbaycanın səfiri Rəşad Məmmədova Akademiyanın fəaliyyətindən, həyata keçirdikləri layihələrdən və gələcək planları haqqında məlumat verib. 

Səfir Rəşad Məmmədov öz növbəsində Akademiyanın layihələrində Azərbaycan tərəfi olaraq dəstək verəcəyini bildirib.

 

növbəti xəbər əvvəlki xəbər

.