2018-12-02
Azərbaycan Qazaxıstanda keçirilən yarmarkada təmsil olunub

Qazaxıstanın paytaxtı Astanada Yeni il qabağı ənənəvi xeyriyyə sərgisi və yarmarkası keçirilib.

Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və səfirliklərin təşkilatçılığı ilə hər il keçirilən yarmarkada Azərbaycanın Qazaxıstandakı səfirliyi də iştirak edib. Bu il 50 ölkənin səfirliyinin qatıldığı sərgi və yarmarkada diplomatik nümayəndəliklərin, diaspor və qeyri-hökumət təşkilatlarının, yerli və xarici şirkətlərin təmsilçiləri iştirak ediblər. Yarmarkanın əsas məqsədi satışdan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır.

Xeyriyyə yarmarkasında Azərbaycandan gətirilən məhsullar, milli mətbəximizin ləziz xörəkləri və şirniyyatları, müxtəlif növ çay məhsulları nümayiş olunub. Azərbaycan şərabları, nar şirəsi və digər məhsullarımız ən çox satılanlar sırasında idi.

Azərbaycan stendində, həmçinin xalçalarımız, şallar, kəlağayılar da nümayiş olunub.

Xeyriyyə tədbirinə qatılan bəzi ölkələr öz mədəni proqramları ilə çıxış ediblər.

 

növbəti xəbər əvvəlki xəbər

.