2018-10-02
Azərbaycanın ixrac missiyası Qazaxıstanda səfərdədir.

Qazaxıstanda olan Azərbaycanın yerli şirkətləri ilə birlikdə missiyada 29 şirkət iştirak edir. Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Almatıda aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev “Made in Azerbaijan” brendinin Qazaxıstanda təbliği baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Qazaxıstan tərəfdən 10-dan çox şirkətin, müəssisə və təşkilatların, eləcə də aqrolizinq xidməti ilə məğul olan kompaniyaların iştirak etdiyi tədbirdə  Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib. Tədbir çərçivəsində distributor şirkətlərlə keçirilmiş ikitərəfli görüşlər də Almatıda bazar araşdırmaları baxımından mühüm əhəmiyyət kəsb edib. Görüşün nətciəsi olarq Azərbaycan və Qazaxıstan iş adamları arasında yaranan əlaqələrin genişləndirilməsi ilə bağlı razılaşmalar əldə olunub, “Made in Azerbaijan” brendi altında ölkəmizin Qazaxıstana ixrac imkanlarına dair geniş bilgilər əldə olunub. Aparılan müzakirələrdə əsas istiqamətlər üzrə konkret nəticələr əldə olunub. İxrac missiyasının ilk günü qida məhsullarının, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri Qazaxıstanın Almatı şəhərində aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib. İxrac missiyası zamanı Qazaxıstandan olan iş adamları ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə bağlı məlumatlandırılıb, ölkəmizin ixrac potensialı, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə geniş danışılıb. Qeyd edək ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyası oktyabrın 5-ə qədər davam edəcək. Qazaxıstanın Almatı şəhəri ilə yanaşı Şimkent şəhərinə də ixrac missiyası təşkil ediləcək.

növbəti xəbər əvvəlki xəbər

.