Konsulluq şöbəsi tərəfindən verilən sənədlər və sənədlərin alınma qaydaları

Məhkumluq barədə arayışın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti 
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

  Ailə vəziyyəti haqqında arayışın alınması üçün tələb olunan sənədlər 

  1. Ərizə 
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti 
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər 

  1. Ərizə-Anket (əlavə olunur)
  2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd. (Yararsız vəziyyətə düşmüş və ya etibarlıq müddəti keçmiş Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi - əsli, Azərbaycan Respublikasının hərbi bileti - əsli, Azərbaycan Respublikasının etibarlı sürücülük vəsiqəsi - əsli, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu itirildiyi halda yerli dövlətin polis orqanında pasportun itirilməsini təsdiq edən arayış - əsli, Doğum haqqında şəhadətnamə tək sənəd olaraq təqdim edil bilməz )
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz 
  4. Fotoşəkil 2 ədəd (3x4 sm) ölçüdə

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin  müəyyən edilməsi üçün tələb olunan sənədlər

  1. Ərizə-anket (əlavə olunur)
  2. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
  3. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.
  4. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri;
  5. Övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  6. Şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  7. Yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
  8. Doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  9. Pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  10. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);

 

Konsulluq uçotuna alınmaq üçün tələb olunan sənədlər

  1. Ərizə-anket (əlavə olunur) 
  2. Ümumvətəndaş       pasportu
  3. Fotoşəkil - 2 ədəd (3x4 sm)

Doğum haqqında şəhadətnamənin alınması üçün tələb olunan sənədlər

  1. Valideynlərin ərizəsi və şəxsiyyətlərini təsdiq edən sənədlər
  2. Doğum yerindən arayış - əsli (Uşağın doğum tarixindən bir aydan artıq vaxt keçməmək şərtilə) 
  3. Nikah haqqında şəhadətnamə - əsli
  4. Valideynlərin Doğum haqqında şəhadətnamələri 

 

Azərbaycan Respublikasının vətəndaşlığında imtina edilməsi üçün tələb olunan sənədlər 

  1. Azərbaycan Respublikası Prezidentinin adına Ərizə-Anket (Əlavə olunur)
     
  2. Ümumvətəndaş       pasportunun            surəti  (5nüsxədə)
     
  3. Yaşayış         izninin           surəti  (5nüsxədə)
     
  4. Hərbi bilet və nikah haqqında şəhadətnamənin surəti (5nüsxədə)
     
  5. Fotoşəkil       -           5          ədəd   (3x4sm)
     
  6. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (400 ABŞ dolları)
     
  7. Yaşayış         yerindən        arayış (5nüsxədə)
     
  8. Ailə tərkibi haqqında arayış (5 nüsxədə)
  9. Tərcümeyi-hal         (5nüsxədə-Azərbaycan dilində)
  10. Yetkinlik yaşına çatmamış uşaqlar üçün ata və ana tərəfində notarial qaydada təsdiq edilmiş razılıq.

.