Konsulluq məsələləri

Azərbaycan və Qazaxıstan arasında vizasız gediş-gəliş rejimi mövcuddur. Azərbaycan vətəndaşları Qazaxıstana səfər edərkən beş gün ərzində miqrasiya xidmətlərində qeydiyyatdan keçməlidirlər və bundan sonra 30 gün ərzində Qazaxıstanda qala bilərlər.  30 gündən sonra yenidən miqrasiya xidmətlərində keçməklə bu müddət daha 30 gün uzadıla bilər.

Qazaxıstan Maliyyə Nazirliyinin qərarına əsasən gömrük rüsumlarına cəlb olunmayan şəxsi istifadə malları hər bir şəxs üçün aşağıdakı şəkildə müəyyən olunub:

  • Geyim, yataq dəsti, xalça, ayaqqabı –  hərəsindən 2 ədəd;
     
  • Xəz məmulatları, dəri məmulatları – hərəsindən 2 ədəd;
     
  • Ətriyyat ləvazimatları  - 3 ədəd;
     
  • Ərzaq məhsulları – 10 kq;
     
  • Mobil telefon, planşet, notbuk – hərəsindən 2 ədəd;
     
  • Məişət texnikası və elektrik avadanlıqları - hərəsindən  1 ədəd;
     
  • Zərgərlik məmulatları – 5 ədəd;
     
  • Velosiped, uşaq arabası – 1 ədəd;
     
  • digər adı çəkilməyən şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar  -  2  ədəd;
     
  • İstehsal üçün nəzərdə tutulmuş xammallar, yarımfabrikatlar və tamamalayıcı mallar şəxsi istifadə mallarına aid edilmir;
     
  • Həmçinin fiziki şəxs və ya onun tərəfindən mallar Gömrük Birliyi ərazisinə  ayda bir dəfədən çox keçirsə həmin mallar şəxsi istifadə 
    kateqoriyasına daxil edilmir.

Şəxsi istifadə malları aid edilməyən mallar  gömrük rüsumlarından azad olunur və Əlavə Dəyər Vergisinin (ƏDV) faizi ödənilir. Qazaxıstan Respublikasının Vergi məcəlləsinə əsasən idxal olunan mallardan 12% ƏDV tutulur.

Bundan başqa Qazaxıstan ilə ölkəmiz arasında ikitərəfli sərbəst ticarət sazişi olduğunu nəzərə alaraq Azərbaycan  malları (spirtli içkilər istisna təşkil edir) gömrük rüsumlarından azaddır.  Bunun üçün malın Azərbaycan məxsus olduğunu sübut edən mənşə sertifikastı təqdim etmək lazımdır. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərə malların ixracı zamanı “CT-1” formalı mənşə sertifikatları verilir. Mənşə sertifikatı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında verilir. Qeyd etmək lazımdır ki, www.economy.gov.az internet səhifəsinə daxil olmaqla heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən mənşə sertifikatını elektron qaydada əldə etmək mümkündür.

Qazaxıstan ilə Azərbaycan arasında Bakı-Astana, Bakı –Almatı, Bakı –Aktau hava reysləri mövcuddur. Eyni zamanda Bakı və Aktau limanları arasında daşımalar həyata keçirilməkdədir.

Air Astana hava şirkəti ilə ev heyvanları (pişik və itlər) girişi və çıxışı üçün  Baytarlıq  sertifikatı və baytarlıq Pasport tələb olunur.

.